15 
Iyl
2020
14:52
5595

14 günlük karantin haqda açıqlama verildi - "nə vaxt istəsələr vətənlərinə geri qayıda bilərlər"

"Gürcüstana daxil olan bütün xaricilərə test təklif edirik razılaşırlar, 2 gürcü isə testdən imtina etdi".

InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri müavini Paata İmnadze açıqlama verib.

Onun bildirdiyinə görə, karantində olanlardan hər gün karona virusun yeni halı qeydə alınır.

"İnsanlar gəlir - aydındır, onlar bizim vətəndaşlarımızdır, qayıdırlar, istədikləri zaman ölkələrinə qayıtmaq hüququna sahibdirlər. Lakin təhlükəsizliyi qorumaq üçün dövlətin də hüququ var. Digər ölkələrdə mövcud vəziyyətdən xəbərimiz var. Britaniyada karantin keçdikdən sonra öz maddi dəstəyinə yaşamalısan, öz karantinini insanın özü maliyyələşdirir. Bizdə isə bunu dövlət özü üzərinə götürdü. Bu insanlar mehmanxanalardadırlar. Normal mehmanxanalardır, Bakuryanda, Qudauridə ola bilər, sonra isə deyirlər turistlər niyə daxil olurlar. Gürcüstana daxil olan bütün xaricilərə test təklif edirik razılaşırlar, 2 gürcü isə testdən imtina etdi.

Paata İmnadze qeyd edir ki, hal hazırda onun övladı da karantindədir.

"Bizim vətəndaşımız gəldikdə ailəsi qohumu üçün darıxır karantindən keçmək istəmir. Karantindən 200-dək yeni hal qeydə alınıb. Bu qaydalar və karantin olmasaydı 200 hal 2000 nəfərdə ola bilər. Hal hazırda mənim övladım da Qudauridə karantindədir" - dedi Paata İmnadze.

Bizimlə əlaqə saxlayın