17 
Iyl
2020
10:08
1881

Koronavirus aşkarlanan 10 aylıq körpənin ailəsindən maraqlı açıqlama

Ailə üzvünün dediyinə görə koronavirus diaqnozu qoyulan 10 aylıq körpə ehtimal ki, zəhərlənib.

InterPress.ge xəbər verir ki, uşağın nənəsi və babasının qeyd etdiyinə görə ailənin heç bir üzvü koronavirus daşıyıcısı deyil və testlərin təsdiq nəticəsini hələ almayıblar.

" Mən evdə yox idim. Evə gəldikdə uşağın halının yaxşı olmadığını gördük. Xəstəxanaya apardıq. Həkimə dedik ki, uşaq qarpız, yemiş, pamidor və kolbasa yeyib. Ona damcı sistem qoydular və uşaq xəstəxanada qaldı. Səhəri gün dedilər ki, uşaq koronavirusa yoluxub. Ancaq uşağın nə hərarəti var nə də öskürmür. Həkimlər gəlib jurnalistləri görəndə qaçdılar. Bizə və qonşulara test keçirdilər. Testlərin cavabları nə vaxt bəlli olacaq bilmirik ".


Qeyd edək ki, Telavi bələdiyyəsinin Qaracalar kəndində 10 aylıq uşağa koronavirus diaqnozu qoyulub. O, anası ilə bərabər yolxucu xəstəliklər klinikasına yerləşdirilib və uşaq müalicə alır. Həkimlərin dediklərinə görə uşaqda koronavirusun Yüngül forması müşahidə edilir. Onun sağlamlıq durumu stabildir.

Bizimlə əlaqə saxlayın