17 
Iyl
2020
15:30
2076

Salome Zurabişvili bütün bunlardan yorulduğunu dilə gətirdi

Bir neçə televiziyanın mənə qarşı qərəzdən dolayı yorulmuşam.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili jurnalistlərə müsahibəsində bildirib.

"Mən bir söz demək istəyirəm. Bir neçə televiziyanın mənə qarşı qərəzdən dolayı yorulmuşam. Gürcü dilini bilmirsinizsə, gürcü cümlələrini oxuya sonuna kimi dinləyə bilmirsinizsə sizin probleminizdir. Mən zorakılığın yaxşı olduğunu qeyd etməmişəm. Mən demişəm ki, kişilik dalaşmaqda, qrup şəklində münaqişədə deyil, kişilik etirafdadır, tövbədədir", - dedi Salome Zurabişvili.

Qeyd edək ki, ötən gün S. Zurabişvili Giorgi Şakaraşvilinin ölümi ilə bağlı verdiyi müsahibədə belə bir ifadə işlətdiyi iddia olunub: "Qrub halında zorakılıq kişilik deyil, kişilik təkbətək döyüşməkdir". Bu sözdən sonra Prezident tənqidlərə məruz qalıb.

Bizimlə əlaqə saxlayın