22 
Iyl
2020
19:29
3964

Avtomobildə ölü tapılan qızın vəkili hadisə ilə bağlı açıqlama verdi

"Dünyasını dəyişən qızın avtomobilindən tapılan dərmanlar psixotropik dərmanlar deyil".

InterPress.ge xəbər verir ki, bu barədə 23 yaşlı Tamar Baçaliaşvilinin vəkilinin Mixeil Ramişvili açıqlamasında bildirib.

Onun jurnalistlərə bildirdiyinə görə, hadisə ilə bağlı versiyalar və sual işarələri çoxdur.

“Gördüyüm haqda danışmaq çox çətindir. Bütün hər şey hər bir addım hər proses mənim iştirakımla baş tutur. Heç bir psixotropik dərman tapılmayıb. Nəşin vəziyyəti, evdən uzaq yer bütün hamısı sual altındadır. Xəsarətləri belə görə bilmərəm hər şeyə müəyyən vaxt lazımdır. Nəşin rəngi vaxta görə dəyişir. Mənim tələbimlə avtomobilin aparılması izlərini də götürüblər ki, dəlillərin itirilməsi baş verməsin", - deyə Mixeil Ramişvili qeyd edib.

Məlumat qeyd edək ki, bir neçə gün öncə itkin düşmüş Tamar Baçaliaşvili bu gün Tetricğaro bələdiyyəsinin meşəsində öz avtomobilində ölü vəziyyətdə tapılıb. Onun nəşi ekspertizaya aparılıb.

Bizimlə əlaqə saxlayın