23 
Iyl
2020
10:47
2537

10-cu sinif şagirdi Amit Hacıyev Tbilisi dənizində boğulub

Ötən gün Tbilisi dənizi adlandırılan su anbarında boğularaq ölən 2 yeniyetmədən birinin soydaşımız olduğu məlum olub.

InterPress.ge xəbər verir ki, həmin şəxs Tbilisinin 96 saylı ictimai məktəbinin 10-cu sinif şagirdi Amit Hacıyevdir.

Məktəb rəhbərliyi şagirdin vəfatı ilə bağlı yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, su hövzəsində 2 yeniyetmənin itkin düşməsi barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinə məlumat ötən gün axşam saatlarında daxil olub. Axtarış-xilasetmə əməliyyatına 5 dalğıc cəlb edilib.(report)

Bizimlə əlaqə saxlayın