27 
Iyl
2020
15:08
2342

Gürcüstanda iyul ayının 30-dək havanın şəraiti necə olacaq?

İyulun 28-də günün sonundan iyulun 30-dək Gürcüstanda arabir yağış yağacağı, bəzi yerlərdə güclü, şimşək çaxacağı, dolu, güclü külək və dənizdə 2-3 bal gücündə fırtına olacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin verdiyi məlumatda qeyd olunur.

"Gözlənilən leysan yağışları Gürcüstan çaylarında suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər, kiçik çaylarda daşqınlar və ölkənin dağlıq ərazilərində torpaq sürüşmələrinə səbəb ola bilər" - Agentliyin verdiyi açıqlamada bildirilir.

Bizimlə əlaqə saxlayın