27 
Iyl
2020
19:11
1589

30-dan çox restoran və 10-dək gecə klubu cərimələndi

"Koronavirusla əlaqəli tövsüyyələrin həyata keçirilməməsinə görə, hal hazırki vaxta nəzərən 30-dan çox restoran və 10-dək gecə klubu cərimələnib".

InterPress.ge xəbər verir ki, bu barədə Əmək şərtləri müfəttişliyi departamentinin rəhbəri Beka Peradze bildirib.

Beka Peradze müfəttişlik prosesi haqqında verdiyi məlumatda qeyd edir ki, paytaxtda bazarların və yarmarkaların yoxlanması nəticəsində 18 biznes subyektə cərimə sanksiyaları tətbiq edilib. Bununla bərabər Kutaisidə və Batumidə bazarlarda və yarmarkalarda yoxlanma prosesi baş tutacaq.

“Yarmarkalar və yarmarkalarda işləyən fərdi sahibkarlar yoxlandı. 10 000 lari ilə LTD-lər, fərdi sahibkarlar isə 2000 lari ilə cərimələndilər. Tbilisi miqyası ilə cəmdə 18 biznes subyektə cərimə sanksiyaları tətbiq edilib. Bölgələrdə bazarların və yarmarkaların yoxlanma prosesi bu gündən başladı. İlkin mərhələdə Batumi və Kutaisi bazarları və yarmarkaları yoxlanacaq, daha sonra ölkə miqyasına keçid alacağıq.

30-dan çox restoran cərimələndi. Dinamika müsbətdir. Şirkətlərin çox hissəsi tövsüyyələrə riayət edirlər. Eləcədə təxminən 10-dək gecə klubu məsafə qaydasını və dezinfeksiya işləri qaydalarını pozduqları üçün cərimələndi" - dedi Beka Peradze.

Bizimlə əlaqə saxlayın