29 
Iyl
2020
12:03
1362

Səhiyyə naziri koronavirus vaksinindən danışdı

"Razılığımızla Gürcüstana daxil ediləcək vaksin mütləq təcrübədən keçmiş olacaq".

InterPress.ge xəbər verir ki, bu haqda Səhiyyə Naziri Ekaterine Tikaradze birinci kanalda “ Azad baxış” verlişində qeyd edib.

“Biz müəyyən vaxtı gözləyəcəyik. Vaksin bir neçə dəfə təcrübədən keçdikdən, onun etibarlılığına inandıqdan sonra biz əhaliyə vaksini təklif edəcəyik. Biz bunu əhalimizə tam təhlükəsiz olduqdan sonra qəbul edəcəyik. Paralel olaraq vaksinə qarşı əhalidə etibarlılıq qazanmaq üçün məlumat xarakterli kampaniyalar təşkil edəcəyik. Daha sonra daha kiçik qrupla başlayacağıq və əminəm ki, yalnız Gürcüstanın deyil, başqa ölkələrin də gözlədiyi nəticəni əldə edəcəyik”- dedi Ekaterine Tikaradze.

Onun qeyd etdiyinə görə, Səhiyyə Nazirliyi peyvəndin oktyabr-noyabr aylarında olacağını gözləmir.

“Biz əhalimizə şübhələri yüksək olan vaksin təklif etməyəcəyik. Vaksinə qarşı əhalinin etibarsızlığını mən tam anlayıram və qəbul edirəm ki, yanvar ayından yəni koronavirus ölkəmizdə aşkar olunduqdan ictimaiyyət arasında vaksinə və dərmanlara qarşı müxtəlif fikirlər formalaşıb. Bundan irəli gələrək NDİ tərəfindən aparılan araşdırmaların nəticələri tibb sferası üçün gözlənilməz deyil”, - deyə Ekaterine Tikaradze qeyd edib.

Onun sözlərinə görə, payız- qış aylarında başqa tip virus da var və hər individ halında 2 vaksinin insanlara vurulmaması çox önəmlidir. Əks təqdirdə onların sağlamlıq durumlarını daha da ağırlaşdırar.

“Biz bir neçə ildir ki, qrip vaksininə müraciət edirik və bu il əhalinin pnevmokoko vaksinin əldə etmələri üçün imkan yaradacağıq. Bu vaksin çox etibarlıdır və effektlidir”.

Bizimlə əlaqə saxlayın