31 
Iyl
2020
23:00
3189

Bu günə kimi neçə nəfər 200 və 300 lari alıb? - Açıqlama

31 iyul statistikasına görə, özüməşğullara təzminat kimi 48 048 300 lari, işçilərə isə 68 771 800 lari verilib.

InterPress.ge xəbər verir ki, bu barədə İşlə təminetmə əlverişliliyi agentliyindən verilən məlumatdə bildirilir.

Məlumata görə, dövlət təzminatından yararlanmaq üçün özüməşğulların qeydiyyat vaxtı bu gün günün sonunda başa çatacaq, lakin təzminatların ödənilməsi davam edir.

“31 iyul göstəricilərinə əsasən Səhiyyə nazirliyinin qeydiyyat portalına təzminatdan yararlanmaq üçün 245 421 nəfər özüməşğullar qeydiyyatdan keçib. Onlardan 160 161 şəxs 300 lari təzminat alıb. Ümumi cəmdə təzminat kimi 48 048 300 lari ödənilib. Pandemiyadan irəli gələrək ziyana düşən işlə təmin olunanlara gəlincə, aprel ayında 90 131 nəfərə, May ayında isə 135 670 şəxsə, iyun ayında 118 058 şəxsə 200 lari ödənilib. Məbləğlər mərhələli şəkildə köçürülür. Dövlət təzminatından yararlanmaq üçün özüməşğulların qeydiyyat vaxtı bu gün günün sonunda başa çatacaq, lakin təzminatların ödənilməsi davam edir.

Hökumətin qərarı ilə dövlət təzminatından yararlanmaq istəyənlərin sayı artıb. Yardımdan sezonla xarici ölkələrə işləmək üçün yollanan şəxslərdə yararlanır. Bu günə olan statistikaya görə, səhiyyə nazirliyinin qeydiyyat portalına 35 654 sezonla xarici ölkələrə işləmək üçün yollanan şəxs qeydiyyatdan keçib. Onlardan 28 717 nəfərinə 300 lari təzminat yardımı artıq köçüb. Bu isə cəmdə 8 615 100 laridir”, - deyə məlumayda bildirilir.

Bizimlə əlaqə saxlayın