01 
Avq
2020
22:13
750

Qardabaninin Qaracalar kəndində son vəziyyət

Qardaban bələdiyyəsinin Qaracalar kəndinin yerli əhalisi öz kənd təsərrüfatı məhsullarını Nəftulluq bazarına sabahdan satışa çıxaracaq.

InterPress.ge xəbər verir ki, bu barədə Qardaban bələdiyyəsinin meri Ramaz Budağaşvili bildirib.

Onun açıqlamasına görə, məhsulların aparılması üçün 10 yük avtomobili ayrılıb.

"Dünən əhali məhsullarının şəxsən bazara aparmaqlarını tələb edirdilər. Əhali ilə razılığa gəlmişik və bunun üçün 10 yük avtomobili ayrılıb. Məhsulunu satış üçün bazara aparacaq şəxslərdə PCR test aparıldı, cavablar mənfi olduğu təqdirdə şəxslər məhsullarını şəxsən bazara aparacaqlar. Təbii ki, bu proses də nəzarət altında baş tutacaq.

Bazarertəsindən yerli sakinlərə ərzaq və gigiyena vasitələri paylayacağıq. İlk növbədə bu yardımdan 85aztəminatlı ailələr və ehtiyaclı ailələr yararlanacaq", - deyə mer bildirib.

Onun sözlərinə görə, Luqar Laboratoriyasına göndərilən 66 bioloji nümunənin hamısının cavabı mənfidir və heç bir nümunədə koronavirus qeydə alınmayıb. Qaracalar kəndində hal-hazırda da epidemioloqlar işləyir lakin əhali tərəfindən əməkdaşlıq aşağı səviyyədədir.

"Biz praktiki olaraq kəntdə işləyirik. Epidemioloqların iki qrupu əhalidə testin keçirilməsi üçün işləyir. Lakin əhali artıq testdən keçdiyini bildirir".

Bizimlə əlaqə saxlayın