15 
Fev
2020
12:30
3844

Ombudsman Marneulidə qaçırılan azyaşlı qızla bağlı bəyanat verib

Ombusman qaçırılmış qızın məsələsi ilə bağlı Marneuliyə gəlib.

InterPress.ge xəbər verir ki, xalq müdafiəçisi Nino Lomjaria Marneuliyə gələrək qaçırılmış azyaşlı qızın valideynləri ilə, şahidlər və Marneuli rayon polis bölməsinin rəhbəri ilə görüşüb.

Lomjaria qaçırlıan qızı dərhal evinə geri qaytarılmasını bildirib.

"Qaçırılma çox qəddarcasına baş verib. Şahidlərin bildirdiklərinə görə onun başına torba geyindiriblər. Qız onlara qarşı çıxırdı və yardım istəyirdi lakin heç kim ona yardım edə bilmədi. Təcili olaraq qızın olduğu yer təyin edilməli və o evə qaytarılmalıdır. Cinayətkarlar ciddi şəkildə cəzalandırılmalıdır ki digərlərinə də nümunə olsun" dedi -Nino Lomjaria.

Qaçırılan azyaşlı təhsil kurslarında iştirak edirdi. Xalq müdafiəçisinin qeyd etdiyinə görə bənzər hadisələr qızların təhsil almalarına maneə yaradır və valideynlər övladlarını şəhərə təhsil almaları üçün göndərməyə qorxurlar.

Qeyd edək ki, hadisə dünən Marneuli şəhərinin mərkəzində baş verib. Bir neçə oğlan azyaşlını zorla maşına mindirərək qaçırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər