03 
Avq
2020
20:41
1685

Maska taxmayanlar cərimələnir - 831 nəfər cərimələndi

12 iyun - 30 iyun ərzində maskadan istifadə etməyən 831 nəfər cərimələnib.

InterPress.ge xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatında deyilir ki, qüvvədə olan tövsiyyələrə baxmayaraq inzibati xətalar məcəlləsinin 42-ci maddəsinə nəzərən maskadan istifadə etməyən 831 hal qanun pozuntusu aşkarlanıb, bunlardan 810 nəfəri fiziki 1 nəfəri isə hüquqi şəxsdir.

Qeyd edək ki, parlament 12 iyun tarixində maskadan istifadə etmək qaydası haqqında qanunu 3-cü oxunuşla 76 səslə qəbul edib. Qanuna əsasən pandemiya /epidemia vaxtı qapalı ictimai yerlərdə maskadan istifadə edilmədiyi təqdirdə fiziki şəxs 20 lari, maskadan istifadə etməməyə icazə verən qapalı məkanın sahibi hüquqi şəxs 500 lari cərimələnir. Bu qanun daşıyıcı nəqliyyat vasitələrinə də eləcə də taksilərə də aiddir, qanunu pozan sürücü və ya sərnişin 20 lari ilə cərimələnəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər