04 
Avq
2020
00:27
1505

Ölən Tamar Baçaliaşvilinin anası bütün Gürcüstan sakinlərinə çağırış etdi

Öldürülən 23 yaşlı proqramist Tamar Baçaliaşvilinin ailəsi bu gün ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili bildirib.

Onun qeyd etdiyinə görə, aksiya bu gün saat 12 :00- da baş tutacaq. Onların əsas tələb FBİ bu işə müdaxilə olunması olacaq.

"ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında aksiya və çadırlar qurmaq fikrimiz var. Daha sonra isə vəkilimiz Mixeil Ramişvili ərizə ilə müraciət edib işə FBİ-nin müdaxilə etməsini tələb edəcək. Bütün Gürcüstana səslənirəm kim bizə dəstək olmaq istəyir aksiyaya gəlsin. Mən dünyaya övladımın intihar etmədiyini, onu qətlə yetirdiklərini çatdırmaq istəyirəm ", - dedi Teona Tamazaşvili.

Bizimlə əlaqə saxlayın