04 
Avq
2020
14:33
2796

Gürcüstanda məktəb və bağcalarda tətbiq olacaq qaydalarla bağlı açıqlama verildi

"Məktəblər və uşaq bağçaları tərəfindən yerinə yetiriləcək tövsüyyələrlə əlaqəli məsləhətləşmə prosesi aparılır".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirliyinin əmək şərtləri müfəttişliyi departamentinin rəhbəri Beka Peradze bildirib.

Peradznin sözlərinə görə, söhbət prevensiv tədbirlərin keçirilməsindən və eləcədə şagirdlərin buraxılmasına icazə veriləcək ərazidən gedir.

“Özəl sektorla və Tbilisi meriyasının müvafiq qurumları ilə birlikdə məsləhətləşmələr aparılır. Hələ şagirdlərin və insanların hansı kvadratda buraxıla biləcəyi tövsüyyələr hazırlanmayıb. Yəqin ki, məktəblər və uşaq bağçaları tərəfindən riayət olunası tövsüyyələr məlum olacaq. Yəqin ki, yalnız sahə və prevensiv tədbirlərlə əlaqəli olacaq. Buna görə də, hansı qərarın veriləcəyini gözləməliyik. Uşaq bağçalarının yetirmələrinə maskadan istifadə etməyi tələb edə bilmərik, lakin məktəblərdən tələb edə bilərik”, - dedi Beka Peradze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər