04 
Avq
2020
17:58
424

Bu günə kimi neçə restoran və bazar tövsüyələr riayət etmədiyi üçün cərimələnib?

"Bu günə kimi təxminən 150-dək planlı yoxlayış həyata keçirilib. Onlar arasında 33 restoran və 18 bazar cərimələnib".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirliyinin əmək şərtləri müfəttişliyi departamentinin rəhbəri Beka Peradze qeyd edib.

“Şirkətlərin təhlükəsiz qaydalara necə riayət etdikləri yoxlandı. Planla 91 restoran yoxlanıldı və onlardan 33- ü cərimələndi. Bu yöndən dinamika yetəri qədər müsbətdir. Biz restoranları yoxlamağa başlayanda vəziyyət çox çətin idi. Bazarlara və müxtəlif növ obyektlərə gəldikdə isə burada da planlı monitorinq aparılır. 27 bazardan 18- nə cərimə tətbiq edilib. Burada problem mövcuddur lakin dinamika müsbətdir. Ümumi cəmdə 61 obyekt cərimələnib”, - deyə Peradze bildirib.

Onun sözlərinə görə, hüquqi şəxs 10 000 lari fiziki şəxs isə 2000 lari ilə cərimələnir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər