05 
Avq
2020
10:35
2120

Gürcüstan prezidenti baş başsağlığı verdi

Gürcüstan prezidenti Salome Zurabişvili Beyrutda baş verən partlayışa görə dərindən təsirləndiyini bildirib.

InterPress.ge xəbər verir ki, Libanda baş verən hadisə ilə əlaqəli təsirləndiyini ölkə prezidenti Twitter sosial şəbəkəsində yazıb.

"Beyrutda baş verən hadisədən dərindən kədərləndiyimi bildirirəm" - deyə Salome Zurabişvili yazır.

O, Liban xalqına başsağlığı verib.

"Mən partlayış nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm" - yazır Gürcüstan prezidenti.

Qeyd edək ki, Libanın paytaxtı Beyrutda partlayış olub. Mövcud məlumata görə hadisə nəticəsində 78 nəfər həyatını itirib, 4000 nəfər yaralanıb.

Bizimlə əlaqə saxlayın