07 
Avq
2020
15:32
3132

Tranzit nömrəli avtomobil sahiblərinin nəzərinə - DİN müraciət edir

2020-ci ilin 1 May tarixinədək xaricdən Gürcüstana daxil edilən avtomobillər cərimə ödəmədən 31 avqust tarixinədək gömrükdə rəsmiləşdirmək mümkün olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Daxili İşlər Nazirliyinin müvafiq qurumundan vətəndaşlara bildirilir ki, növbə və cərimə sanksiyaları tətbiq olunmaması üçün vaxtında xidmət agentliyinə müraciət etsinlər və 31 avqust da daxil olmaqla gömrük prosesini həyata keçirsinlər. Vətəndaşların təhlükəsizliyi məqsədilə avtomobillərin satışı ilə məşğul olan bu vətəndaşlar Agentliyə maska ilə daxil olmalıdırlar.

Koronavirus yayılmasının qarşısını almaq üçün avtoidxalçılar tərəfindən 2020-ci ilin 1 May tarixinədək ölkəyə daxil edilən avtomobillərin gömrük qeydiyyatı sentyabrın 1-dək uzadılıb.

Bu müddət ərzində nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesində məsuliyyət ölçüləri / sanksiyalar nəzərə alınmayacaq. Bununla bərabər sahibkar ƏDV-dan azad olunacaq.

Bizimlə əlaqə saxlayın