08 
Avq
2020
20:37
1290

Axalkalakidə bir neçə nəfər arasında qarşıdurma yaranıb - ölən var

Axalkalakidə bir neçə nəfər arasında fiziki qarşıdurma nəticəsində bir gənc ölüb.

InterPress.ge xəbər verir ki, hadisə bir neçə saat bundan əvvəl baş verib.

Məlumata görə, silah səsləri eşidilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar odlu silahın alınması, saxlanması və daşınması şərtləri ilə Cinayət Məcəlləsinin 108-ci maddəsi, Qəsdən adam öldürmə və 236-cı maddənin 3-cü və 4-cü hissələri ilə istintaq başlanılıb.

Digər təfərrüatlar hazırda məlum deyil.

Bizimlə əlaqə saxlayın