08 
Avq
2020
22:21
2302

Axalkalakidə baş verən kütləvi qarşıdurmanın bəzi təfərrüatları açıqlandı - FOTO

"Axalkalakidə ölüm faktından sonra yaranan vəziyyətə polis tam nəzarət edir".

InterPress.ge xəbər verir ki, bu haqda Samtsxe- Cavaxeti qubernatoru Besik Amiranaşvili açıqlama verib.

Qubernatorun açıqlamasına görə, gənc oğlan həyatını itirdikdən sonra bir qrup insan otelərdən birinə hücum edərək yandırıblar.

"Axalkalaki rayonunda kriminal hadisə baş verib. Hadisədən sonra kənd əhalisi şəhərə çıxıblar və kiçik kriminal hadisə yaşanıb. Hal hazırda polis qüvvələri artırılır. Polislər tam səfərbər olunublar.

Şəhərdə vəziyyətə tam nəzarət olunur. Adi kriminal hallar var. Bundan başqa mehmanxana yandırıldı. Bu insanlar həyatını itirən gəncin yaxınlarıdır ya yox deyə bilmərəm.

Mehmanxana ittiham olunanın mülkiyyətində deyil ehtimal ki, qohumunundur. Dəqiq heç nə bilmirəm və heç nə deyə bilmirəm. Yalnız bildiyim ölüm hadisəsi baş verib, həyatını itirən var və onun qohumları mehmanxananı yanırıblar.

DİN, kriminal polis qüvvələri, patrul polis və eləcədə fövqəladə halların idarəsi xidməti vəziyyətə nəzarət edir. Bundan başqa xüsusi tapşırıqlar departamentinin qüvvələri səfərbər edilib. Nəzarət maksimum yerinə yetirilir”, - deyə Besik Amiranaşvili qeyd edib.

Onun sözlərinə görə, hadisə ilə əlaqəli heç kim həbs olunmayıb.

“Hal hazır ki, vaxta görə həbs olunan yoxdur. Lakin polis bu istiqamətlə işləyir”, - dedi Besik Amiranaşvili.

Qeyd edək ki, bu gün Axalkalakidə odlu silahla gənc oğlan öldürülüb. DİN faktı təsdiq edir lakin təfərrüatları haqda danışmırlar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar odlu silahın alınması, saxlanması və daşınması şərtləri ilə Cinayət Məcəlləsinin 108-ci maddəsi, Qəsdən adam öldürmə və 236-cı maddənin 3-cü və 4-cü hissələri ilə istintaq başlanılıb.

Bizimlə əlaqə saxlayın