09 
Avq
2020
09:00
3311

Uşaqlarla bağlı yeni qanun qüvvəyə minir

"Hər bir uşağın haqqıdır ki, öz ailəsində böyüsün və valideynləri ilə yaşasın çünki, uşaq öz ailəsindən çox xoşbəxt olur. Əgər ailədə hər hansı bir problem mövcuddursa dövlət ailəyə yardım göstərməlidir. Bu uşaq Məcəlləsinin mövqeyidir".

InterPress.ge xəbər verir ki, bu haqda insan hüquqlarının müdafiəsi və mülki inteqrasiya komitəsinin sədri Sopo Kiladze facebook sosiyal şəbəkəsində yazır.

Onun sözlərinə görə, “Uşaq kodeksi 1 sentyabr tarixindən qüvvəyə minir. Kodeksə əsasən uşağı ailələrin əlindən alırlar məlumatı tamamilə yalandır.

"Kodeksə görə uşağın ailədən alınması yalnız məhkəmə qərarı ilə baş tuta bilər. Kodeksə əsasən uşaqdan yoxsulluğa görə imtina etmək qadağandır. Yoxsul lakin xoşbəxt ailə çox görmüşəm.

Kodeksin mövqeyi və məqsədi ailələri gücləndirməkdir. Məsələn əgər azyaşlı mütəmadi olaraq qayğısız, gün ərzində diqqətdən kənar, yalnız buraxılıbsa və təhlükədədirsə, valideynlər narkotik vasitələrdən və ya azart oyunlardan asılıdırlarsa kodeksə nəzərən ailəyə dövlətin multidissiplinar qrupu müdaxilə edəcək. Bu qrupun funksiyası ailəni gücləndirməkdir. Qrup valideynlərə işlə təmin olunma və ya hazırlıq imkanı, ayaqda durmaq üçün maddi yardım, onların valideynlik məsuliyyəti haqda maarifləndirmək, psixaloji yardım, narkotikdən və ya azart oyunlardan reabilitasiya proqramlarına qaoşulmaq, uşağın dövlət tərəfindən maliyyələşdirilmiş təhsil və ya idman dərnəklərinə qoşulmasını və s. Təklif edirlər.

Düşünürəm ki, nazirlik son bir neçə hal faktına görə, şərhini bildirəcək. Məhdudiyyətlərin aradan qaldırılması üçün dövlət tərəfindən mütləq müvafiq addımlar atılacaq", - deyə Kiladze yazır.

Bizimlə əlaqə saxlayın