10 
Avq
2020
09:25
2520

Türkiyəyə getmək istəyənlərin nəzərinə!

Türkiyə Respublikasına keçmək üçün 101 nəfərə müsbət cavab verilib.

İnterPress.ge xəbər verir ki, bu haqda Acara səhiyyə nazirliyindən açıqlama verilib.

Qurumdan verilən açıqlamaya görə, bu məsələ Gürcüstan hökümətinin qərarına əsasən baş tutub. Qərara əsasən Gürcüstan vətəndaşı Türkiyə Respublikasına dəvətnamə əsasında keçə bilər və orada 3 ay müddətində qala bilər.

“Türkiyə Respublikasına daxil olmaq məqsədilə Gürcüstan ərazisini tərk etmək üçün şəxslərin mobil nömrələrinə razılıq bildirişi Acaranın işlə təminetmə agentliyindən göndərilib. Türkiyəyə keçmək istəyən şəxslər Gürcüstanın Səhiyyə nazirliyinin veb səhifəsində yaradılan xüsusi veb səhifəsində abroadworkers.moh.gov.ge- də qeydiyyatdan keçiblər. Türkiyə respublikasından fiziki və ya hüquqi şəxsdən dəvətnamə qəbul edən notarial xidmətdə gürcü dilinə tərcümə etdirən şəxslər yuxarıda qeyd olunmuş veb səhifədə qeydiyyatdan keçə bilərlər. Prosedur asandır:Şəxsiyyət vəsiqəsi nömrəsi və telefon nömrəsi qeyd edildikdən sonra şəxsə müvafiq kod göndərilir ki, bundan sonra Türkiyə Respublikasından göndərilən dəvətnaməni yükləməyə imkan verilir. Şəxs,ərizə ilə əlaqədar cavabı qısa müddətdə,1 həftə ərzində alır.
Acaranın səhiyyə və sosiyal müdafiə naziri Nino Nijaradzenin açıqlamasına görə, Gürcüstanın müvafiq qurumları, qısa zamanda sərhəddi keçməklə əlaqəli razılıqların verilməsi proseduru qısamüddətdə sona çatması üçün əlindən gələn hər şey edir”,- dedi Nino Nijaradze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər