10 
Avq
2020
11:56
777

Gürcüstanda Koronavirusa son yoluxmalar haqqında açıqlama verildi

"Koronavirusun 25 yeni halından 1-nin mənbəyi Qaçiani, 16-sı virus daşıyıcısı ilə təmasda olan, 1- i tibb işçisi, 5-i xaricdən idxal olunan və 1-i isə Abxaziyadan gətirilmiş xəstədir."

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.

Marina Ezuqbaianın sözlərinə görə, xəstənin birinin yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır.

“ Gürcüstanda Koronavirusun 25 yeni halı qeydə alındı və bununla da ölkə miqyası ilə virus daşıyıcılarının ümumi sayı 1250 nəfərə çatdı. 10 nəfər sağlamlığına qovuşaraq ümumi say 1010 nəfəri təşkil etdi. Sağlamlıqlarına qovuşanların say faizi 81%-dir. Covid mərkəzlərdə 261 nəfər xəstə müalicə alır. Bizim klinikamıza gəlincə klinikada 28 nəfər müalicə alırdı, buradan 7 si sağaldı. Dünən isə klinikamıza 6 nəfər virus daşıyıcı yerləşdirildi. Hal-hazırda klinikamızda 27 nəfər virus daşıyıcı xəstə müalicə alır. Bu gün ki gündə klinikamızda 2 nəfərin vəziyyəti ağırdır. Qalan digər xəstələrin sağlamlıq durumları orta ağırdır”, dedi Marina Ezuqbaia.

Bizimlə əlaqə saxlayın