10 
Avq
2020
12:53
516

Qaracala kəndində karantin ləğv olunub - son vəziyyət haqda açıqlama verildi

Qardaban bələdiyyəsinin Qaracalar kəndində sərt karantin rejimi ləğv edildi.

InterPress.ge xəbər verir ki, bu haqda Kvemo Kartli qubernatoru Şota Rexviaşvili açıqlama verib.

Onun açıqlamasına görə, karantin ləğv edilməsi qərarı mövcud stabil epidemioloji vəziyyətdən irəli gələrək qəbul edilib.

“Bizim birgə səyimiz və əhalinin vətəndaşlıq məsuliyyəti nəticəsində praktiki olaraq 2 gün ərzində həftənin cümə və şənbə günləri 1552 nəfər yoxlandı. Götürülən bioloji nümunələr Luqar laboratoriyasına göndərildi. Hal hazırda 1425 tədqiqat sonlandırılıb və nəticədə yalnız bir ailədən virusdaşıyıcısı aşkar edildi. O, hal hazırda karantin rejimindədir. Bugünkü gündə 127 bioloji nümunə araşdırılır. Müvafiq olaraq kəntdə karantin rejiminin ləğv edilməsi kəntdə mövcud epidemioloji vəziyyətdən və kütləvi yoluxma halının olmamasından dolayı qəbul edildi. Dünən saat 12-də kəndin karantin rejimi götürüldü və əhali adi həyat tərzinə qayıtdı", - deyə qubernator qeyd edib.

Qubernatorun sözlərinə görə, kəndin açılması əhalinin tələbindən dolayı deyil, kəntdə mövcud epidemioloji vəziyyətdən irəli gələrək baş tutub.

“Bizim əhali ilə əlaqələrimiz kəsilməyib. İlk növbədə sakinlərə, epidemioloqlara və polis əməkdaşlarına minnətdarlığımı bildirirəm. Son 24 saatda 882 bioloji nümunənin cavabları məlum olub və hamısı da mənfidir. Bütün təmaslar araşdırılıb, bütün prevensiv tədbirlər keçirilib. Nəticə etibarı ilə kəntdə yoluxma təhlükəsi yoxdur”, - dedi Şota Rexviaşvili.

Qeyd edək ki, Qaracalar kəndində bu günə qədər 3600- dən çox PCR testlər vasitəsilə bioloji nümunələr götürülüb. Qaracalar kəndində bütünlükdə 44 yoluxma halı qeydə alınıb.

Bizimlə əlaqə saxlayın