10 
Avq
2020
15:01
1785

Uzun müddətdən sonra Marneuli-Sadaxlı ictimai nəqliyyat xətti açıldı

4 ildir ki, nəqliyyat xəttinin olmasına baxmayaraq, qayda ilə heç bir ictimai nəqliyyat işləmirdi. Buna səbəb isə taksi şoferlərinin etirazı idi.

İnterPress.ge məlumat verir ki, 2 həftədir Marneuli - Sadaxlı ictimai nəqliyyat xətti açılıb. Bu yöndə işləyən ictimai nəqliyyatın sayı 12-dir və gediş haqqı isə 1 laridir. Bu isə Sadaxlının bələdiyyə deputatı, Rövşən İsgəndərovun və şoferlərin təşəbbüsüdür.

R.İsgəndərov xəbər portalımıza açıqlamasında qeyd etdi ki, bu istiqamətdə hər bir dəstəyi göstərməyə hazıram.

Sərnişinlərin sözlərinə görə, ictimai nəqliyyatın olması həm maddi, həm də mənəvi cəhətdən yaxşıdır.

Sadaxlı sakini Gəray Zeynalov dedi: "2018 ci ildən bu yana Marneulidə təhsil alıram və demək olar ki, hər zaman nəqliyyat problemi mövcud idi. Çünki taksi tapmaq hər zaman asan olmurdu, buna görə də dərsə gecikmə halları baş veriridi. Taksi olsa belə sərnişin say tam olmadığı üçün əlavə ödəniş etmək məcburiyyətində qalırdım. İctimai nəqliyyat xətti bərpa olunduqdan sonra isə gediş-gəliş problemi aradan qalxdı ".

Qeyd edək ki, pandemiya dövründə Marneuli-Sadaxlı taksilərinin gediş haqqı "4 lari " idi.

Bizimlə əlaqə saxlayın