11 
Avq
2020
11:48
2085

Gürcüstanda havalar dəyişir-AÇIQLAMA

Gürcüstan ərazisində qeyri-sabit hava həftənin sonunadək davam edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin Hidrometeoroloji Proqnoz Xidmətinin rəhbəri Svetlana Nioradze bildirib.

Onun sözlərinə görə, Qara dəniz bölgəsində həftənin sonunadək şimşək çaxacağı və yağış yağacağı gözlənilir.

"Nisbətən sərin və rütubətli hava kütlələri yayılmağa başladı, Gürcüstanın qərb bölgəsində və şərq Gürcüstanın bəzi yerlərində yağış yağdı. Həftənin sonuna qədər həm Qərbi, həm də Gürcüstanın şərqində qeyri-sabit hava şəraiti olacaq, arabir yağış yağacaq gözlənilir.
Gürcüstanın qərb bölgəsində bu gündən etibarən sərinləşəcək və havanın temperaturu 23-28 dərəcə, şərqində isə 26-31 dərəcə isti gözlənilir. Tbilisidə şimşək çaxacaq, qısamüddətli yağış yağacağı və 28-30 dərəcə isti olacaq", - Nioradze dedi.

Bizimlə əlaqə saxlayın