12 
Avq
2020
22:50
695

Mərkəz rəhbəri açıqladı: "Mestiyada götürülən 600 bioloji nümunənin yalnız..."

"Mestiyada götürülən 600 bioloji nümunənin yalnız 1-də koronavirus aşkarlanıb".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze qeyd edib.

Qamğrelidzenin açıqlamasına görə, Mestianın mərkəzi xəstəxanasına PCR test aparatı qurulub. Bu aparat vasitəsilə gün ərzində 50-dək testin keçirilməsi mümkündür.

"Mestia bələdiyyəsində epidemioloji vəziyyət tamamilə idarəolunandır. Götürülən 600 bioloji nümunənin yalnız 1-də koronavirus aşkarlanıb. Ümidverici proqnoz var ki, burada koronavirus hələ yayılmayıb. Buna baxmayaraq sərt addımların atılması lazım idi. Bu gün Mestia xəstəxanasına PCR test aparatı yerləşdirdik. Bu aparat vasitəsilə gün ərzində 50-dək test keçirə və cavabları 45 dəqiqə ərzində əldə oluna bilər. Eyni vaxtda hər 45 dəqiqədə 4 bioloji nümunə araşdırıla bilər", - deyə Amiran Qamğrelidze qeyd edib.

Bizimlə əlaqə saxlayın