13 
Avq
2020
09:05
1223

Uşaq qaçırmaq istəyən şəxs saxlanıldı

Polis Tbilisidə bir nəfəri qanunsuz azadlıqdan məhrumetmə ittihamı ilə həbs edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, bir kişi evin həyətindən bir uşağı qaçırmağa cəhd edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, kişi polis tərəfindən hadisə yerində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 143-cü (qanunsuz olaraq azadlıqdan məhrum etmə) maddəsi ilə istintaq başlanılıb.

Hadisə bir neçə gün əvvəl baş verib.

Bizimlə əlaqə saxlayın