13 
Avq
2020
13:55
2750

Marneulidə koronavirus aşkarlanan yeniyetmənin ünsiyyətdə olduğu şəxslərin test nəticələri bəlli oldu

"Marneuli bələdiyyəsinin Cereteli kəndində virusdaşıyıcısı 14 yaşlı yeniyetmənin təmasda olduğu 15 nəfərdə keçirilən PCR testlərin cavabları mənfidir".

InterPress.ge xəbər verir ki, bu haqda Marneulinin xəstəliklərə nəzarət və ictimai səhiyyə mərkəzinin rəhbəri Eter Laperadze açıqlayıb.

"İki gün əvvəl virusdaşıyıcısının təmasda olduğu 18 nəfərin bioloji nümunəsini, dünən isə 15 bioloji nümunəni araşdırılması məqsədilə laboratoriyaya göndərdik. Xoşbəxtlikdən heç birində virus aşkarlanmadı. Ümumi cəmdə 33 nəfər araşdırılıb. Yeniyetmənin ailə üzvləri karantinə yerləşdiriliblər. Qalan təmaslar isə özünütəcriddədirlər", - deyə Laperadze qeyd etdi.

Qeyd edək ki, Marneulidə Cereteli kəndində virus aşkarlanan yeniyetmə Mestiyadandır.

Bizimlə əlaqə saxlayın