14 
Avq
2020
11:52
997

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 23 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 1306 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son 24 saat ərzində 17 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 1085-ə çatıb.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 7635 nəfər karantində saxlanılır.

Qeyd edək ki, koronavirus səbəbi 17 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın