14 
Avq
2020
14:33
8572

Gürcüstanda məktəblərdə yeni qaydalar - TAM SİYAHI

2020 - 2021 ci tədris ili üçün Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirliyi, məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirliyinin islahatlarına nəzərən məktəblər üçün tövsiyələr işləndi.

InterPress.ge xəbər verir ki, mövcud tövsiyyələrə əsasən 2084 ictimai məktəbdə yeni tədris ili 15 Sentyabrda sinif otaqlarında başlayacaq.

Səhiyyə nazirliyinin işlənmiş tövsiyyələri bunlardır:

Şagirdlər arasında 1 metr məsafə saxlamaq;

Şagirdlərdən başqa məktəb binasına daxil olan hər kəs maska taxmalı;

Binaya daxil olmadan dezibaryeri keçməklə termoskrininqdən və əlin dezinfeksiyasından sonra daxil olmaq;

Maska ehtiyatının məktəblərdə mövcudluğu;

Hər tənəffüsdən sonra su nöqtələrini sanitar qaydalara müvafiq təmizlənməsi;

Sektor dəyişikliyi sonra yarım saat tənəffüs, sinif otaqlarının və ümumi istifadə otaqlarının sanitar qaydalara müvafiq təmizlənməsi və havalandırılması;

Hərarətli və respirator simptomları olan şagird üçün müvəqqəti izolyasiya otağı ayırmaq;

Tənəffüslərdə otaqları havalandırmaq;

Tez-tez toxunulan səthlərin sanitar qaydalara müvafiq təmizlənməsi;

Məktəbin ümumi ərazilərində Şagirdlərdən başqa hər kəsin maskadan istifadə etməsi;

Yuxarıda qeyd olunan tövsiyyələrə dayanaraq Gürcüstanın təhsil elm mədəniyyət və idman nazirliyi hər məktəbin spesifikasına və infrastrukturasına nəzərən bütün məktəblərə dərs prosesini yaratmaq üçün imkan veriləcək tövsiyyələr hazırlayıb.

Məktəblərə dərs prosesini planlaşdırdığı zaman imkan veriləcək ki, özləri dərs müddətini planlaşdırsınlar (minimum 30 dəqiqə ) Mərhələlərə və siniflərə nəzərən dərs prosesini başlamağı özləri planlaşdırmalı ( 08 :30, 08 : 45, 09:00). Lazımi hallarda bir dəyişim məktəblərin bir neçə dəyişimə hissələndirilməsi

Məktəblər şagirdlərin təhlükəsizliyinə və infrastrukturasına nəzərən qarışıq hibrid modelə keçə bilərlər. Bu həm sinif otağında həm də məsafəli dərs prosesini nəzərdə tutur.

Dərs prosesini planlaşdırdıqda məktəbin infrastrukturasından irəli gələrək lazımi hallarda həftənin şənbə günləri dərs günü edə bilərlər

Təhsil elm mədəniyyət və idman nazirliyi dərs prosesini 1-4 sinifləri üçün məktəblərdə keçirilməsini vacib hesab edib.

Məktəb rəhbərliyi tərəfindən lazımi hallarda qarışıq modeli tətbiq edən zaman 5-6-cı siniflər üçün məsafəli təhsil həftədə 1 dəfə, 7 - 11 siniflər üçün həftədə 2 dəfə, 12-ci siniflər üçün həftədə 3 dəfə baş tuta bilər. Qarışıq model təhsil elm mədəniyyət və idman nazirliyi eləcə də resurs mərkəzlə razılıq əsasında olmalıdır

Qeyd edək ki, yeni tədris prosesinin başlaması məsələsinə Beynəlxaq təşkilatlar və özəl və ictimai məktəblərin administrasiyaları da qatılmışdılar. Tövsiyyələrin işlənilməsi prosesində digər xarici ölkələrin təcrübələri də nəzərə alınıb. Bugünkü epidemioloji vəziyyətdən irəli gələrək təhsil tədris ili 15 sentyabr tarixlərində yenilənəcək. Nazirliyin məqsədi hər bir şagirdin sağlamlığını qorumaq və tam tədris mühiti yaratmaqdır.

Təhsil elm mədəniyyət və idman nazirliyi səhiyyə nazirliyi və xəstəliklərə nəzarət milli mərkəzi ilə bərabər tövsiyyələr üzərində işləməyə davam edir", - deyə Təhsil nazirliyi tərəfindən açıqlamada bildirilir.

Bizimlə əlaqə saxlayın