14 
Avq
2020
16:08
2317

Gürcüstanda avqust ayının 19-dək olan hava şəraiti açıqlandı

19 avqustadək Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış və külək gözlənilir.

InterPress.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit agentliyi məlumat verib.

Məlumatına görə, Qərbi Gürcüstanda 14-17 avqustda havanın temperaturu +24+29 dərəcə, 18 avqustda isə +27+32 dərəcə olacaq.

Şərqi Gürcüstanda 14 - 15 avqustda +26, +31 dərəcə, 16-17 avqustda isə nisbətən sərinlik +22, +27 dərəcə, 18 avqustda isə +26 +31 dərəcə olacaq.

Paytaxt Tbilisidə qısamüddətli yağış yağacağı gözlənilir. 14-15 avqustda havanın temperaturu +30 +32, 16-17 avqust +25+27 dərəcə, 18 avqustda isə +29+31 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın