19 
Fev
2020
21:20
2472

Gürcüstan prezidenti Salome Zurabişvili qadın qətllərinə sərt reaksiya verdi

“Qadına qarşı istənilən zorakılıq yolverilməzdir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvilinin yaydığı bəyanatda bildirilib.

Onun sözlərinə görə, qadın məhz qadın olduğuna görə qətlə yetirilirsə, bu, cəmiyyətin problemidir: “İctimaiyyətin maarifləndirilməsi üçün dövlətin fəal iştirakı ilə yanaşı, ictimai konsolidasiya da mühüm əhəmiyyət kəsb edir. Qadına qarşı zorakılığın qarşısını almaq üçün dövlət, ictimai və dini təşkilatların birgə səyləri tələb olunur”.

S.Zurabişvili gələn həftə Orbeliani sarayında məsələ ilə bağlı görüşün keçirilməsini təklif edib: “Dəhşətli statistikanı və bu məsələnin əhəmiyyətini nəzərə alaraq, dövlət, beynəlxalq təşkilatlar və qadın zorakılığı ilə bağlı məsələlərlə məşğul olan ictimai təşkilatların iştirakı ilə görüşün keçirilməsini məqsədəuyğun hesab edirəm”.

Qeyd edək ki, bu ilin əvvəlindən Gürcüstanda üç qadın qətlə yetirilib.

Bizimlə əlaqə saxlayın