24 
Sen
2020
12:39
504

Marina Endeladze: "Sistem işləyir və ciddi işlər aparılır"

"Mən əhalini sakit olmağa çağırıram. Sistem işləyir və ciddi işlər aparılır ”

İnterPress.ge xəbər verir ki, Yoluxucu Xəstəliklər Xəstəxanasının boks şöbəsinin müdiri Marina Endeladze epidemioloji vəziyyət barədə danışarkən qeyd edib.

Marina Endeladzenin sözlərinə görə, yeni halların sayında artım öncədən proqnozlaşdırılmışdı.

"Hal-hazırki mövcud artımı gözləyirdik, əlbətdə bu qədər təmas tapdıqdan sonra yoluxma hallarının artımı gözlənilən idi, amma əhalini sistemin işlədiyinə əmin etmək istəyirəm, bu mövzuda artıq ciddi işlər aparılır. Qeyd edim ki, xəstələri idarə edə biləcəyik " dedi Endeladze.

Tbilisinin Yoluxucu Xəstələr Xəstəxanasına gəlincə, Marina Endeladzenin sözlərinə görə, xəstəxanada 32 yoluxmuş şəxs müalicə olunur, onlardan 3-ü ağır xəstədir.

"Klinikada uşaqlar da var, onlardan biri 3 aylıqdır, vəziyyəti ağır deyil, düşünürəm ki, hər şey yaxşı olacaq" dedi Endeladze.

Bizimlə əlaqə saxlayın