24 
Sen
2020
15:12
1340

Valideynlərin nəzərinə! Bu qərarı siz verəcəksiniz - Təhsil Nazirindən AÇIQLAMA

"Valideynlər övladlarının məsafəli rejimlə təhsillərini davam edib etməyəcəklərinə dair qərar verəcəklər".

İnterPress.ge xəbər verir ki, bu haqda Təhsil naziri Mixeil Çxenkeli açıqlama verib.

Nazirin Hökumət Administrasiyasında keçirilən brifinqdə qeyd etdiyinə görə , məktəb məsafəli təhsil prosesini valideynin istəyinə nəzərən təmin edəcək.

"Biz cəmiyyətə hər kəsin marağını nəzərə alan ən çevik sistemi təklif edirik. Bu o deməkdir ki, bir valideyn və ya ailə uşağının təhsilini məsafəli davam etdirməyə dair qərar verərsə, bunu məktəb təmin edəcək . Ətraflı məlumat nazirliyin rəsmi səhifəsində ictimailəşdiriləcək . Məktəblər valideynlərlə danışıqlar aparacaqlar və əgər sözügedən məsələyə dair istək yaranarsa , valideynlər qeydiyyata alınacaq və istəkləri ilə təmin ediləcək" dedi Mixel Çxenkeli

Bizimlə əlaqə saxlayın