24 
Sen
2020
15:34
2106

Tələbələrin nəzərinə! Hökumət tərəfindən təhsil haqqının ödənilməsi üçün qeydiyyat başladı

Gürcüstan Hökumətinin qərarına əsasən, 2020-2021 tədris ilinin payız semestri üçün təhsil haqlarının ödənilməsi və ya 1 yanvar 2020-ci il tarixindən 2019-2020 tədris ilinin yaz semestrində yaranan təhsil haqlarının borclarının ödənilməsi üçün nəzərdə tutulmuş sosial yardım proqramı qüvvəyə minir.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat verib.

Nazirliyin məlumatına görə, sosial aztəminatlı ailələrin məlumat bazasında qeydiyyatdan keçmiş və 1 sentyabr 2020-ci il tarixinə görə reytinq balı 150 000-dən az olan tələbələrin elektron portalda (student.moh.gov.ge) qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.

"Sosial aztəminatlı ailələr Bazası "da qeydiyyatdan olan valideynin reytinq balı 150 000-dən azdırsa və tələbə övladı ailə üzvü hesab edilmirsə o, elektron portalda qeydiyyatdan keçmə imkanı qazanacaq.

Qeydiyyatdan keçərkən tələbənin valideynləri aşağıdakıları qeyd etməlidir:

a) Özünün adını, soyadını və şəxsiyyət vəsiqəsinin nömrəsi;

b) Tələbə uşağın adını, soyadını, şəxsiyyət vəsiqəsinin nömrəsini və lazım olduqda övladının şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərini yüklənməlidir.

2020-2021 tədris ilinin payız semestri üçün təhsil haqlarının və ya 2019-2020 tədris ilinin yaz semestri üçün 1 yanvar 2020-ci il tarixindən etibarən yaranan təhsil haqlarının borclarının maliyyələşdirilməsi üçün müvafiq prosedurları həyata keçirmək üçün siyahı Təhsil Nazirliyinə təhvil veriləcək", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın