25 
Sen
2020
09:16
3781

Hökumət tərəfindən bu şəxslərə kömək ediləcək

"Hökumətin iqtisadi komandası toy və mərasimlər daxil olmaqla sosial tədbirlərə qoyulan məhdudiyyətlərdən mənfi təsirlənən insanlara kömək etmək üçün çalışır".

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili qeyd edib.

Natia Mezvrişvilinin verdiyi məlumata görə, hökumət seçkiöncəsi dövrdə zərərçəkmiş vətəndaşlara yardım etmək və qanunun icrası arasında bir tarazlığı qorumağa çalışır.

“Hökumətin iqtisadi qrupu bunun üzərində işləyir. İndi seçkiqabağı dövrdəyik. Bir tərəfdən lazımi məhdudiyyətlər nəticəsində zərər çəkmiş insanlara təzminat vermək üçün əlimizdən gələni edirik, digər tərəfdən də seçkilər keçiririk və 31 oktyabr tarixinədək bu cür qərarlar qəbul etmək istəmirik. Bu tarazlığı qorumağa çalışırıq. Lakin bunun üzərində işləyirik və yaxın gələcəkdə sözügedən istiqamətlə çalışan insanlara məlumat verəcəyik", - dedi Natia Mezvrişvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər