25 
Sen
2020
10:01
2691

Gürcüstanda daha bir kənddə hərəkət məhdudlaşdırıldı

Ozurqeti bələdiyyəsinin Laituri kəndində koronavirusun yayılmasından irəli gələrək gediş-gəliş məhdudlaşdırıldı.

InterPress.ge xəbər verir ki, vətəndaşların giriş çıxışına polis nəzarət edir.

Məlumata görə, yerli əhali üçün Quriya imzibatiliyində qaynar xətt yaradıldı.

"Laituridə vətəndaşların gediş gəlişinə hüquq mühafizə nümayəndələri nəzarət edəcək. Onların termoskrininqdən keçmələri həyata keçiriləcək. Xahiş edirik hamı verilmiş qərara tabe olsun ki, virusun qarşısını ala bilək" - Ozurqeti meriyasından bildirilir.

Onların məlumatına görə, Laituridə gün ərzində koronavirusun 11 yeni halı qeydə alınıb və orada ümumilikdə virusa yoluxma sayı 61 nəfəri təşkil edir. Quriyada isə 84 nəfər yoluxub.

Bizimlə əlaqə saxlayın