27 
Sen
2020
23:08
1583

Bolnisidə qarşıdurma yaranıb

Bu gün Bolnisi Bələdiyyəsinin Naxiduri (Arxılı) kəndində qarşıdurma yaranıb.

InterPress.ge aktivistlərə istinadən xəbər verir ki, Vahid Milli Hərəkat partiyasının üzvü Arif Yusufov hücuma məruz qalıb.

Onun sözlərinə görə, hücum çayxanada baş verib.

Dmanisi, Çalka, Bolnisi və Tetriçğaro seçki dairələrindəki Vahid Milli Hərəkatın majoritar namizədi Kaxa Okriaşvilinin sözlərinə görə, hücum edən şəxslər odlu silahdan nişan almadan atəş açıblar, lakin heç kimin xəsarət almadığını iddia edir.

Vahid Millət Hərəkatın üzvü Kaxa Okriaşvilinin dediyinə görə, bu, hökumət tərəfindən qorxutmaqdır.

"Narkotik təsiri altında olan 50 nəfərlik bir dəstə kəndə praktik olaraq hücum etdi və kəndlilərə fiziki təcavüz etdi. Odlu silahdan nişan almadan havaya atəş açılırdı, böyük ehtimalla heç kim xəsarət almadı. Bu yalnız Gürcü arzusu tərəfindən qorxu yaratmaq idi. Gürcü Arzusu yalnız bu bölgədə deyil, bütün Gürcüstandakı seçkilərdə məğlub olub və bu səbəbdən belə addımlar atır", - dedi Okriaşvili.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı istintaq 126-cı maddənin 1-ci prima hissəsinin "b" altbəndi ilə aparılır.

Bizimlə əlaqə saxlayın