28 
Sen
2020
10:48
1350

Qoqi Meşveliani Bolnisidə olan qarşıdurmada yaralananlar haqda açıqlama verdi

"Bolnisinin Naxiduri kəndindəki fiziki qarşıdurmada 10-a yaxın Gürcü Arzusu fəalının yaralanıb ikisinin vəziyyəti isə ağırdır".

InterPress.ge xəbər verir ki, bu barədə Bolnisi, Dmanisi, Tetricğaro və Çalkada Gürcü Arzusunun majoritar deputatlığa namizədi Qoqi Meşveliani bildirib.

Meşvelianinin açıqlamasına görə, qardaşı və hadisə yerində olan digər şəxslər də baş verən fiziki qarşıdurma faktı ilə bağlı dindirilib.

"Məndə olan məlumata görə, 10-a qədər fəalımız yaralanıb. Təbii ki, zərərin dərəcəsi yüngül göyərmədən ağır beyin sarsıntısına qədər dəyişir. Hazırda 2 fəalımız xəstəxanaya yerləşdirilib və hər ikisi baş nahiyəsindən çox ağır zədə alıb və vəziyyətləri çox ağırdır.

Dindirilmə gəlincə isə dindirilmədə yalnız qardaşım deyil, hadisə yerində olan insanlar da iştirak etdi", - dedi Q. Meşveliani.

Bizimlə əlaqə saxlayın