28 
Sen
2020
17:38
616

Gürcüstanda bu gün koronavirusa yoluxan 298 nəfərin hansı bölgələrdən olduğu açıqlandı

"Koronavirusun təsdiqlənmiş hallarından çoxu Acara ilə bağlıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze açıqlamasında qeyd edib.

Onun jurnalistlərə verdiyi müsahibəsində bildirdiyinə görə, Acaradan sonra İmereti gəlir ki, burada da yeni yoluxma halı 38 nəfər təşkil edir.

Paytaxt Tbilisiyə gəlincə 32 yeni yoluxma halı qeydə alınıb.

"Bugünkü statistika ilə Gürcüstanda bütünlükdə 5552 təsdiqlənmiş yeni yoluxma halı qeydə alınıb. Dünən 298, birgün əvvəl isə 294 yeni yoluxma halı aşkar edilmişdi. Bu əhəmiyyətli dərəcədə artım hesab edilmir. Sağalanların ümumi sayı 2054-ü təşkil edir. 3500 dək xəstədən 25-nin vəziyyəti kritik ağır qiymətləndirilir. Onlardan 22-si süni nəfər aparatındadır. Ümumi vəziyətə gəldikdə isə bu, böyük say deyil ancaq hər saat dəyişir.

Acara yenə də üstünlük təşkil edir. Belə ki, yeni yoluxma halının 72 %-i yəni 175 halı Acarada, İmeretidə 9 % yəni 38 hal, Tbilisidə 7%, yəni 32 hal, Quriyada 16 hal, Sameqrelo Zemo Svanetidə 14 hal, Samtsxe Cavaxetidə 11 hal, Kvemo Kartlidə 7 hal və Kaxetidə 4 hal aşkarlanıb", - dedi Endeladze.

Bizim klinikamızda isə hal hazırda 29 xəstə müalicə alır. Dünən 5 xəstə xəstəxananı tərk etdi. Buradan 2nin vəziyyəti ağırdır ", - dedi M. Endeladze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər