29 
Sen
2020
13:24
507

Qabunia: "Əlamətlərsiz koronavirus daşıyıcıları həyatın normal ritminə karantin müddətinin 13 gündən testdən keçmədən qayıda biləcəklər"

"Əlamətlərsiz koronavirus daşıyıcıları həyatın normal ritminə karantin müddətinin 13 gündən testdən keçmədən qayıda biləcəklər".

InterPress.ge xəbər verir ki, bu haqda səhiyyə nazirinin müavini Tamar Qabunia açıqlama verib.

Tamar Qabunianın açıqlamasına görə, şəxsin testdən keçib keçməməyini həkim qərar verir.

"Hispitalizasiyaya və izolyasiyaya ehtiyac duyulmadığı təqdirdə normal həyat ritminə qayıtmaq çox önəmlidir. Biz son zamanlarda əlamətlərsiz covid daşıyıcılarına çox rast gəldik. 8-ci günə gəldikdə isə, yaxın elmi əsaslara görə, simptomların aşkarlanmasından 8 gün sonra virus ilk başlarda olduğu qədər keçici olmur və onun bir şəxsdən başqa şəxsə keçmə riski çox aşağı səviyyədə olur. Buradan irəli gələrək simptomlu xəstələrin sağalması üçün 10 gün vaxt lazımdır, yəni test prosesindən 10 gün və simptomsuz 3 gün. Yəni simptomlu şəxs 13 gün müalicə aldıqdan sonra onu sağalmış hesab etmək olar. Simptomsuz xəstələrə gəlincə, onlar üçün bizim yeni protokolumuza nəzərən 12 gün nəzərdə tutulub. 12 gün sonra test olmadan adi həyat tərzinə qayıda biləcəklər. Simptomsuz şəxslər 12 gün sonra iş həyatlarına davam edə bilərlər. Bu haqda şəxsə ya ailə həkimi ya da covid mehmanxana həkimi tövsüyyələr verə bilər. Əgər şəxsdə əlamətlər müşahidə olunursa onun test prosesindən keçməsi şərtdir", - dedi Tamar Qabunia.

Bizimlə əlaqə saxlayın