29 
Sen
2020
17:41
1464

Qoqi Meşveliani parlement tribunasından Naxiduri kənd sakinlərinə müraciət etdi - VİDEO

Qoqi Meşveliani Gürcüstan parlamentinin tribunasından 27 sentyabr tarixində Bolnisi bələdiyyəsinin Naxiduri (Arıxlı) kəndində baş verən insidentlə bağlı çıxış edib.

Bu barədə InterPress.ge-yə Qoqi Meşvelianinin mətbuat xidmətindən məlumat verilib.

Meşveliani çıxışı zamanı qeyd edib ki,
Vahid Milli Hərəkat partiyasının aktivistlərinin hücumu nəticəsində Gürcü Arzusunun 2 aktivisti ağır yaralanıb.

"Bildiyiniz kimi, bizim multietnik təşviqat qrupumuz Naxiduri kəndində təşviqat kampaniyası apararkən Vahid Milli Hərəkat partiyasının nümayəndələri hücum ediblər. Təssüflər olsun ki, hadisə nəticəsində 2 aktivistimiz ağır yaralanıb. Onlardan biri bu günədək xəstəxanada qalır.

Bu qrupun təşkilatçısı və maliyyəçi həmkarımız, rəqibimiz Kaxa Okriaşvilidir. O, VMH partiyasının liderləri ilə bərabər Bolnisi bələdiyyəsində təxribatlar təşkil edir. Təbii ki, bu insan seçkilərdə uğurlar qazanmayacağını bilir.

Mən fürsətdən istifadə edərək əhaliyə müraciət edirəm:

Əziz dostlar, məncə hamınız yaxşı bilirsiniz ki, bu hadisə təxribat yönlü idi. Onlar sizlə bizim aramızda mənfi təəssürat yaratmaq istəyirlər. Onları Bolnisə Naxiduriyə bağlayan heç nə yoxdur. İnanıram ki, bu kimi hadisələr bizim illərə dayanan dostluğumuza xələl gətirməyəcək. Onada inanıram ki, hüquq mühafizəçilərimiz bu insidenti tez zamanda araçdıracaqlar və cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar", - deyə Qoqi Meşveliani qeyd edib.

Bizimlə əlaqə saxlayın