29 
Sen
2020
20:12
660

Tbilisidə baş verən yanğın söndürülüb

“Tbilisinin Axvlediani küçəsindəki yanğın söndürülüb”.

İnterPress.ge xəbər verir ki,bu haqda Daxili İşlər Nazirliyinin Təcili Yardım Xidmətindən xəbər verilib.

“Daxili İşlər Nazirliyinin 112 saylı İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzinə daxil olan məlumata görə, Tbilisidəki Qiorqi Axvlediani küçəsindəki evin birinci mərtəbəsində yanğın baş verib .

Bildiriş alındıqdan sonra Fövqəladə Hallar İdarəetmə Xidmətinin əməkdaşları hadisə yerinə gediblər. Onların sözlərinə görə, yanğın restoranın mətbəxində baş verib və daha sonra binanın ikinci mərtəbəsindəki yaşayış evinə keçib.

"Yanğının geniş bir əraziyə yayılma təhlükəsi var idi, lakin yanğınsöndürənlər alovu vaxtında söndürməyi başarıblar” – DİN-dən məlumat verilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə müvafiq xidmətlər səfərbər edilib.

Bizimlə əlaqə saxlayın