29 
Sen
2020
22:58
2429

Marneulidə yenidən qarşıdurma baş verdi

Marneulidə Gürcü Arzusu və Vahid Milli Hərəkat partiyasının üzvləri arasında sözlü və fiziki qarşıdurma təkrar baş verdi.

InterPress.ge xəbər verir ki, mübahisə zamanı bir neçə şəxs, onlar arasında Mtavari arxi kanalının və Birinci Kanalın əməkdaşları da xəsarət alıb.

İctimai kanalın verdiyi məlumata görə Marneulidə birinci kanalın çəkiliş qrupunun kamerasının qırıblar və operatoru döyüblər.

Hadisə nəticəsində avtomobilə ziyan dəyib.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis cəlb olunub. Polis tərəflər arasında olan vəziyyəti stabilləşdirməyə çalışır.

Bizimlə əlaqə saxlayın