30 
Sen
2020
08:14
3395

Axalkalakidə ermənilər Gürcüstan-Türkiyə yolunu bağladılar - FOTO

Axalkalaki bələdiyyəsinin Kartsax kəndində Cavaxetiya sakinləri Gürcüstan-Türkiyə beynəlxalq magistral yolunu dünən axşam bağladılar.

InterPress.ge məlumat verir ki, etirazçılar yük maşınlarının hərəkətini maneə olublar.

Etirazçıların bildirdiyinə görə, Türkiyə bu yol boyunca Azərbaycana silah nəql edir.

Gürcüstan parlamentinin hazırkı deputatı Samvel Manukyan, parlamentin keçmiş deputatı Samvel Petrosyan və polis etirazçıları sakitləşdirmək üçün hadisə yerində olub.

Cavaxetidəki Gürcüstan-Türkiyə dövlətlərarası yolunu bir neçə saatlıq bağladıqdan sonra gənclər yolu açmağa qərar veriblər. Türk nömrəli yük maşınları Kartsax kəndi yaxınlığında saxlanmışdı.

Sonra etirazçılar humanitar yardım göndərib könüllü olaraq Dağlıq Qarabağa gedə bilməsi üçün Ermənistan-Gürcüstan sərhədinin açılmasını tələb ediblər.

Bizimlə əlaqə saxlayın