30 
Sen
2020
09:04
935

Həkim Marneulidə baş verən insidentdə yaralananlar haqda açıqlama verdi

"Marneulidə baş verən hadisə zamanı yaralananların vəziyyəti qənaətbəxşdir".

InterPress.ge xəbər verir ki, bu barədə xəstəxana həkimi bildirib.

"Birinci xəstədə burun sümüyü sınığı var. İkinci xəstədə travmatik xəsarət yoxdur, üz nahiyəsində xəsarət yoxdur. Hər iki xəstə klinikada qalır. Ümumi vəziyyətləri qənaətbəxşdir və yəqin ki, qısa müddətdən sonra xəstəxanadan çıxacaqlar.

Üçüncü xəstəyə gəldikdə isə artıq evə buraxıldı", - dedi həkim.

Həkimin dediyinə görə heç bir xəstə huşsuz olmayıb.

Xatırladaq ki, Marneulidə baş verən hadisədə Birləşmiş Milli Hərəkatın nümayəndələri, Ana Kanalın bir jurnalisti yaralanıb, Birinci Kanalın operatorunun kamerası qırılıb və fiziki təcavüzə məruz qalıb.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı sağlamlığa zərər və jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə səbəbi ilə istintaq başladıb.

Bizimlə əlaqə saxlayın