30 
Sen
2020
10:35
753

Gürcüstanda koronavirusa YENƏ REKORD yoluxma qeydə alındı

Gürcüstanda koronavirusa 326 yeni yoluxma halı aşkarlanıb və cəmdə yoluxanların sayı 6192 nəfər təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumətin xüsusi olaraq yaratdığı stopcov.ge veb saytında yerləşdirilib.

Gürcüstanda koronavirusdan sağalan insanların sayı isə, ümumi 2324 nəfər olaraq qalır.

Bununla yanaşı qeyd olunur ki, karantin rejimində 5413 nəfər, xəstəxanada nəzarətdə altında isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, Gürcüstanda bu günə kimi, koronavirusdan 36 nəfər həyatını itirib.

Bizimlə əlaqə saxlayın