30 
Sen
2020
17:49
620

Tamar Qabunia:"Sağalan xəstələrin sayı çoxalacaq"

"Sağalan insanların meyarlarına görə, əlamətlərsiz Koronavirus xəstələrinə 10 gün sonra sağalmış şəxs statusu verilə bilər".

İnterPress.ge xəbər verir ki, bu haqdq Gürcüstanın Səhiyyə nazirinin müavini Tamar Qabunia açıqlama verib.

Tamar Qabuniyanın sözlərinə görə,bu gün sağalmış vətəndaşlarının saylarının çox olmasının səbəbi budur.

Onun Acarıstanın Hökümət Administrasiyasında keçirilən brifinqdə qeyd etdiyinə görə , sağalan xəstələrin sayı yaxın günlərdə daha çox olacaq.

"Yataq fondu problemi bu mərhələdə Acarıstanda mövcud deyil . Bu gün 110 çarpayı boşdur. Ayrıca, sentyabr ayının ortalarından Covid-19 a yoluxma halları yüksəkdir. Artıq iki yüzə çatdıq. Bu gün səhər saatlarından sağalanlarla əlaqəli yeni meyarlar qüvvəyə mindi. Bu o deməkdir ki, bir şəxs əlamətlərsiz Koronavirus daşıyıcısıdırsa, 10 gündən sonra ona sağalmış statusu verilə bilər. Önümüzdəki bir neçə gün ərzində sağalanların sayı yüksək olacaq, çünki son 10-12 gün ərzində yoluxmuş insanların sayı çox idi" - Qabunia.

Bizimlə əlaqə saxlayın