01 
Okt
2020
11:03
828

Gürcüstanda koronavirusa yoluxanların sayı sürətlə artır - REKORD

Gürcüstanda koronavirusa 448 yeni yoluxma halı aşkarlanıb və cəmdə yoluxanların sayı 6640 nəfər təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumətin xüsusi olaraq yaratdığı stopcov.ge veb saytında yerləşdirilib.

Gürcüstanda koronavirusdan sağalan insanların sayı isə 299 nəfər artaraq, 3419 nəfərə çatıb.

Bununla yanaşı qeyd olunur ki, karantin rejimində 5392 nəfər, xəstəxanada nəzarətdə altında isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, Gürcüstanda bu günə kimi, koronavirusdan 39 nəfər həyatını itirib.

Bizimlə əlaqə saxlayın