19 
Okt
2020
11:22
765

Gürcüstanda koronavirusa yoluxanlar sürətlə artmaqda davam edir

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1186 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 18663 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 278 sağalma qeydə alınaraq 8338 nəfər təşkil edib.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 6407 nəfər karantində saxlanılır.

Qeyd edək ki, bu gün daha 7 nəfər koronavirusdan vəfat edib və ümumi say 143 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın